Xəbər lenti

Vəfat edən əsgərimizin atası və qardaşı müharibə iştirakçısı imiş
Ölkə 18:49 15.08.2024

Vəfat edən əsgərimizin atası və qardaşı müharibə iştirakçısı imiş

Xəbər verdiyimiz kimi, Daxili Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sərxan Qurbanov xəstəlikdən vəfat edib.

Modern.az-ın məlumatına görə, vəfat edən hərbi qulluqçu Xaçmaz rayonundandır.

Onun atası və qardaşı eyni vaxtda Vətən müharibəsində savaşıb.

Atası Nəriman Qurbanov Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində iştirak edib. O, 2001-2021-ci illərdə hərbi xidmətdə olub. O, baş gizir kimi Zəngilanın, Xocavəndin azad edilməsi uğurunda döyüşlərin iştirakçısı olub və bir sıra medallarla təltif olunur.

Sərxan Qurbanovun qardaşı Orxan Qurbanov da İkinci Qarabağ müharibəsində döyüşüb. O, "Şuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.


Vəfat edən əsgər Sərxan Qurbanov və qardaşı Orxan Qurbanov


Nəriman Qurbanov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->