Xəbər lenti

“Ukraynaya verdiyimiz silahla Rusiyaya hücum edə bilərlər” – Niderland müdafiə naziri
Dünya 15:30 03.06.2024

“Ukraynaya verdiyimiz silahla Rusiyaya hücum edə bilərlər” – Niderland müdafiə naziri

Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib ki, ölkəsinin Ukraynaya təhvil verəcəyi 24 ədəd F-16 qırıcıları Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edilə bilər.
 
Qaynarinfo xəbər verir ki, o, bunu Sinqapurda "Şanqri-La dialoq” konfransı zamanı "Politico”ya müsahibəsində deyib.

Ollonqren qeyd edib ki, Niderland Belçikada olduğu kimi məhdudiyyətlər tətbiq etməyəcək. "Belçikasayağı heç bir məhdudiyyət yoxdur. Biz hər bir digər tədarük üçün tətbiq etdiyimiz eyni prinsipi tətbiq edirik, yəni biz onları Ukraynaya ötürən kimi onlar istifadə edə bilərlər”, - nazir vurğulayıb. 

Eyni zamanda o qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri yalnız Rusiya Federasiyasının hərbi obyektlərinə zərbələr endirə bilər. "Biz yalnız onlardan BMT Nizamnaməsində qeyd olunduğu kimi beynəlxalq hüquqa və özünümüdafiə hüququna hörmət etmələrini xahiş edirik, bu da onların özünümüdafiəsinə ehtiyac duyduqları hərbi hədəfləri vurmaq üçün döyüş təyyarələrindən istifadə edəcəkləri deməkdir", - Ollonqren vurğulayıb. 

Xatırladaq ki, 2023-cü ilin avqustunda Niderland və Danimarka 61 ABŞ F-16 qırıcısını Ukraynaya birgə təhvil verəcəklərini vəd ediblər. Bundan əlavə, Norveç F-16-ları tədarük etmək niyyətini təsdiqləyib. Belçika da F-16-ları Ukraynaya təhvil verəcək, lakin 2025-ci ildən. Keçən həftə Belçika rəsmilər onlar tərəfindən Kiyevə tədarük ediləcək F-16 qırıcılarını yalnız Ukrayna ərazisində istifadə edilməsinə icazə verib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->