Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, dünən Rusiyanın Krasnodar diyarının Oktyabrski kəndi yaxınlığında rusların silah anbarına endirilmiş zərbə nəticəsində Ukrayna şəhərlərini vurmaq üçün əsas vasitə olan İrana məxsus 400 "Şahed” hücum pilotsuz uçan aparatı partladılıb.
Qaynarinfo xəbər verir ki, "Forbes" analitiki Devid Axın sözlərinə
görə, 2022-ci ildə İrandan ilk "Şahed”ləri əldə etdikdən sonra Rusiya 8000-dən çox partlayıcı pilotsuz uçan aparat buraxıb. Beləliklə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın müharibə zamanı istifadə etdiyi bütün "Şahed”lərin demək olar ki, beş faizini bir zərbə ilə məhv edə bilib.
Analitikin qeyd etdiyi kimi, 400 "Şahed”in məhv edilməsi Rusiya hücumlarının sürətini ləngitməlidir, lakin bu, müvəqqəti qələbədir.
"Moskva Tehrandan həmişə daha çox pilotsuz təyyarə ala bilər. Onlar həmçinin Rusiyanın şərqindəki Tatarıstandakı zavodda istehsal olunur. Kreml 6000-ə qədər "Şahed”i yerli olaraq yığmaq üçün lisenziya almağa 1,7 milyard dollar ödəyib", - Ax qeyd edir.
Təhlilçi qeyd edir ki, ukraynalıların bu anbarı necə vurduğu hələ aydın deyil.
Oktyabrski cəbhə xəttindən cəmi 140 mil məsafədə yerləşir və bu, Ukraynanın geniş çeşidli sursatları üçün əlçatan edir. Eyni zamanda, Ukrayna, zərbə üçün Qərbin uzaqmənzilli raketlərindən - Amerika Tactical Missile Systems, britanıyanın Storm Shadow və ya Fransanın SCALP-EG-dən istifadə etməyib, çünki Qərb Ukraynaya silahlarını Rusiya ərazisinə atmağı qadağan etməkdə davam edir.
"Lakin Ukrayna istehsalı olan "Neptun” qanadlı raketləri Rusiyanın cənubuna çata bilər və Ukrayna kəşfiyyatı tərəfindən hazırlanmış uzun mənzilli hücum pilotsuz təyyarələri Oktyabrskidən yüzlərlə kilometr uzağa uça bilir”, - müəllif yazır.
Eyni zamanda, "Şahed” anbarına hücum daha geniş tendensiyanın bir hissəsidir, burada ukraynalılar öz hədəflərinin yaxınlığında pilotsuz təyyarələri vurmaq üçün bahalı hava hücumundan müdafiə raketləri xərcləmək əvəzinə, ruslar onları işə salmazdan əvvəl rus sursatlarını vurmağa çalışırlar, - analitik yekunlaşdırır.
Alpər
Şərhlər