Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) hazırda Rusiyanın beynəlxalq futbol turnirlərinə qaytarılması istiqamətində addımlar atır.
Qaynarinfo xəbər verir ki, The Independent nəşrinin məlumatına görə, bəzi UEFA rəsmiləri bu prosesi mümkün qədər tez başlatmaq
istəyirlər.
"Bəziləri hesab edir ki, Rusiyanı ümumiyyətlə uzaqlaşdırmaq lazım deyildi. Daxili təzyiq artır", — deyə nəşr yazır.
Qeyd edilir ki, FIFA və UEFA Rusiyanı Ukraynaya müdaxilədən sonra əxlaqi səbəblərə görə deyil, texniki məcburiyyətdən uzaqlaşdırıb. Ən azı 12 Avropa futbol assosiasiyası Rusiya ilə oyun keçirməkdən imtina etdiyi üçün bu qərar qəbul olunub. Əks halda, UEFA və FIFA ya həmin 12 komandadan, ya da yalnız Rusiyadan imtina etməli idi. Turnirin bütövlüyünü qorumaq üçün sonuncu variant seçilib.
Eyni zamanda, futbol rəsmiləri gözləyirlər ki, ilk olaraq Beynəlxalq Olimpiya Komitəsi (BOK) və daha sonra Beynəlxalq Xokkey Federasiyası Rusiya ilə bağlı mövqeyini dəyişsin. Bu addım futbolun da Rusiyanı qaytarmaq qərarını dəstəkləyən dalğa yarada bilər.
Rusiyalı idmançılar beynəlxalq arenada
Qeyd edək ki, BOK-un yeni prezidenti Kirsti Koventri Rusiyanın Olimpiya Oyunlarında iştirakını müharibələrə görə qadağan etməyəcəyini bildirib və bu mövzuda danışıqlar aparmağa hazır olduğunu açıqlayıb. Bundan başqa, BOK beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarının gələn ilki Qış Olimpiadasına vəsiqə qazanması üçün yarışlara buraxılmasını tövsiyə edib.
Alpər
Şərhlər