Xəbər lenti

Çempionlar Liqası:
İdman 09:10 05.11.2025

Çempionlar Liqası: "Qarabağ" bu gün "Çelsi" ilə üz-üzə gələcək

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

Qaynarinfo-nun məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.

Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib. "Köhlən atlar" III turda İspaniyada "Atletik"ə (1:3) uduzub.
 
Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
5 noyabr

21.45 Qarabağ (Azərbaycan) - Çelsi (İngiltərə)
Baş hakim: Sebastian Qishamer (Avstriya).
Tofiq Bəhramov adına Respublika Stadionu.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->