"Uber” taksi şirkətinin rəsmi partnyoru "Brobers” MMC-nin külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 44 471.41 AZN təşkil edir.
"Brobers” MMC 6 mart 2020-ci ildə qeytiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Həsənli Vüqar Sakit oğludur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi şirkəti məhkəməyə verib. Məhkəməyə xüsusi icraat qaydasında ərizə təqdim edildikdə şirkətin 23 084,67 AZN vergi borcu olub.
İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin sədrliyi ilə baxılıb və şirkət rəhbərinin ölkədən çıxışının məhdudlaşdırılması barədə qərar çıxarılıb.
Belə məlum olur ki, məhkəmə prosesi dövründə şirkətin vergi borcu daha da artaraq 44 471 manata çatıb.
Seyid
Şərhlər