Xəbər lenti

Tusk respublikaçıları tənqid etdi: “Reyqan məzarında çevrilir, sizə ayıb olsun”
Dünya 16:26 08.02.2024

Tusk respublikaçıları tənqid etdi: “Reyqan məzarında çevrilir, sizə ayıb olsun”

Polşanın Baş naziri Donald Tusk ABŞ Senatında digər məsələlərlə yanaşı, Ukraynaya yardımı nəzərdə tutan qanun layihəsinin uğursuzluğu fonunda ABŞ respublikaçı senatorlarını tənqid edib.

Qaynarinfo xəbər verir ki, bu barədə X səhifəsinfə yazıb

"Hörmətli ABŞ respublikaçı senatorları, milyonlarla insana azadlığımızı və müstəqilliyimizi qazanmağımıza kömək edən Ronald Reyqan, görünür, bu gün məzarında çevrilir. Sizə ayıb olsun", - Polşa prezidenti yazıb

Xatırladaq ki, ABŞ Senatında Ukrayna, İsrail və Tayvana əlavə vəsait nəzərdə tutan miqrasiya siyasətinin gücləndirilməsi ilə bağlı qanun layihəsinə prosedur səsverməsinə kifayət qədər dəstək olmayıb.

Söhbət ikipartiyalı 118 milyard dollar dəyərində sərhəd təhlükəsizliyi haqqında qanun layihəsindən gedir ki, bu da Ukraynaya 60 milyarddan çox, İsrailə isə 14 milyarddan çox yardım nəzərdə tutur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->