Xəbər lenti

Tramp xarici liderlərin ona necə yalvardıqları, alçaldıqları ilə öyündü
Dünya 10:48 09.04.2025

Tramp xarici liderlərin ona necə yalvardıqları, alçaldıqları ilə öyündü

ABŞ Prezidenti Donald Tramp bildirib ki, xarici ölkələrin liderləri ona zəng edərək, gömrük rüsumlarının ləğv olunması üçün yalvarırlar. 

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, Vaşinqtonda keçirilən Milli Respublikaçılar Komitəsinin Konqres üzrə prezident naharında Tramp, digər ölkələrin nümayəndələri onunla razılaşma əldə etmək üçün "onun arxasından öpürlər” deyib.

"Görün nə deyirəm. Bu ölkələr bizə zəng edir, mənim arxamdan öpürlər. Onlar bu razılaşmanı dəhşət dərəcədə istəyirlər. "Zəhmət olmasa, zəhmət olmasa, cənab, gəlin razılaşma əldə edək. Mən nə desəniz edərəm, cənab”, – deyə Tramp bildirib.

Bununla yanaşı, gömrük rüsumları ilə bağlı tənqidlərə cavab verən Tramp qeyd edib ki, ABŞ bu rüsumlardan gündə demək olar ki, 2 milyard dollar gəlir əldə edir.

"Biz rüsumlardan gündə təxminən 2 milyard dollar gəlir əldə edirik... Və mənim dediyim kimi, biz ayrıca razılaşmalar bağlamaqda çox uğurluyuq... Amerika çox tezliklə yenidən çox varlı ölkəyə çevriləcək”, – Tramp əlavə edib.

Tramp həmçinin bildirib ki, prezidentliyinin ilk 100 günündə o, ABŞ tarixində hər hansı digər prezidentdən daha çox dəstək alıb.

"Kimsə mənə dedi ki, tarixdə ən uğurlu ay – hazırkıdır. Onlar deyirlər ki, bu, ölkəmizin tarixində ən uğurlu 100 gündür. Mən də inanıram ki, bu, belədir və biz eyni ruhda davam edəcəyik”, – deyə ABŞ prezidenti yekunlaşdırıb.

Trampın rüsum siyasəti

KİV yazır ki, Tramp ABŞ-ın gömrük rüsumlarını yumşaltması üçün Avropa İttifaqından 350 milyard dollar dəyərində Amerika enerji daşıyıcıları almasını tələb edib.

ABŞ maliyyə naziri Skot Bessent isə bildirib ki, gömrük rüsumlarının tətbiqindən sonra dünya ticarətində balansın bərpası üçün təxminən 70 ölkə ABŞ-a müraciət edib.

8 aprel tarixində ABŞ Çin məhsullarına qarşı 104%-lik gömrük rüsumlarını rəsmi şəkildə tətbiq edib. Bu rüsumlar 9 apreldən qüvvəyə minib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->