"Tottenhem" "Lester"dən Ceyms Meddisonu transfer etdiyini açıqlayıb.
Qaynarinfo məlumatına görə, klubdan transferlə bağlı verilən açıqlamada, onunla 2028-ci ilə qədər qüvvədə olan müqavilənin imzalandığı bildirilib.
"Tottenhem" bu transfer üçün qarşı tərəfə 46,3 milyon avro ödəyib.
"Lester" 26 yaşlı futbolçunu 2018-19 mövsümünün əvvəlində "Norviç"dən 25 milyon avroya transfer etmişdi.
Ötən mövsüm İngiltərə Premyer Liqasında 30 oyun keçirən Meddison 10 qola, 9 məhsuldar ötürməyə imza atıb. Futbolçu İngiltərə millisinin heyətində cəmi üç matçda meydana çıxıb.
Səbuhi Həsənov
Şərhlər