Azalan səhmlər, avtomobil satışlarındakı eniş, etirazlar, maşınların yandırılması... 2025-ci ildə bunlar "Tesla" üçün artıq adi hala çevrilib. Şirkətə qarşı yönələn narazılıqlar bir norma halını alıb. İlon Maskın ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyası ilə yaxın münasibətləri və ifrat sağ siyasətlə artan təması onu cəmiyyətdə daha qütbləşdirici bir fiqura çevirib. Bunun nəticəsi olaraq insanlar öz məyusluqlarını Maskın ən dəyərli aktivlərindən biri - "Tesla" üzərindən ifadə edirlər.
Qaynarinfo xəbər verir ki, bu arada "Tesla"nın mövcud problemləri içərisində daha ciddi bir məsələ gündəmə gəlib. Şirkətin balans hesabatında 1,4 milyard dolların itməsi diqqət çəkib.
"Tesla"nın pul axını hesabatlarına görə, 2024-cü ilin üçüncü və dördüncü rüblərində maliyyə lizinqi istisna olmaqla, satışlar çıxdıqdan sonra əmlak və avadanlıq alışları üçün 6,3 milyard dollar xərcləndiyi bildirilib. Lakin eyni dövrə aid balans hesabatında "Tesla" daşınmaz əmlak, obyektlər və avadanlıqların ümumi dəyərinin cəmi 4,9 milyard dollar artaraq 51 milyard dollara çatdığını göstərib.
"Financial Times" nəşrinin məlumatına görə, bu hesabatda 1,4 milyard dollarlıq bir çatışmazlıq yaranır. Qeyd edilir ki, bu fərqi izah edə biləcək qanuni səbəblər ola bilər. Məsələn, aktivlərin satışı və ya valyuta məzənnələri ilə bağlı problemlər bu fərqin izah olunması üçün mümkündür. Lakin "Tesla" bu mümkün amillərdən heç birini açıqlamayıb.
Şirkət sanki 1,4 milyard dolları sadəcə hesaba daxil etmədən buraxıb. "Tesla" rəhbərliyi isə hələ ki, bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Pulun niyə hesaba əlavə edilmədiyi məlum deyil, lakin yaranan bu vəziyyətin "Tesla" investorlarında ciddi suallar doğuracağı şübhəsizdir.
Aydın
Şərhlər