Xəbər lenti

Tərtərdə mina partladı - Ölən var
Ölkə 16:14 21.05.2024

Tərtərdə mina partladı - Ölən var

Tərtər rayonunda mina partlayışı baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə bu gün Həsənqaya kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
--> -->