Xəbər lenti

Tarixi nəticə:
İdman 23:16 15.08.2024

Tarixi nəticə: "Zirə" pley-off mərhələsində

"Zirə" UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.

"Liv Bona Dea Arena”dakı matçda qalib müəyyənləşməyib - 2:2.

Qonaqlarda 37-ci dəqiqədə 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.

Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyası olub. Burada daha dəqiq olan (2:1) "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin "Omoniya" kollektivi ilə görüşəcək.

Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

15 avqust
Zirə (Azərbaycan) - Osiyek (Xorvatiya) 2:2 (pen-2:1)
Qollar: Qismət Alıyev, 54. Davit Volkov, 90 - Vedran Yuqoviç, 37. Anton Matkoviç, 81.
Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsinzi, 4. Ruan Renato, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 8. İsmayıl İbrahimli, 18. Junior Martins, 6. Eldar Quliyev, 23. Rafael Utsiq, 90. Davit Volkov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 5. 99.Səlim Həşimov, Stefan Aka, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 19.Salifu Suma, 21.Hacıağa Hacıyev, 11.Rüstəm Əhmədzadə, 29.Ceyhun Nuriyev.
Osiyek: Nikola Kavlina, Roko Yurisiç, Marko Soldo, Luka Yeleniç, Nail Omeroviç, Vedran Yuqoviç, Darko Neyasmiç, Petar Pusiç, Domaqoy Bukviç, Kemal Ademi, Anton Matkoviç.
Ehtiyat oyunçular: 15. Tin Sayko, 31. Marko Malenika, 3. Andre Duart, 4. Kreşimir Vrbanak, 10. Pedro Lima, 11. Risenio Keval, 14. Marko Soldo, 18. Niko Farkaş, 45. İvan Barik, 49. İvano Kolarik, 55. İvan Çvijanoviç, 98. Simun Mikolçiç.
Hakimlər: Yulian Veinberqer, Maksimilian Kolbitş, Andreas Vitşinq, Stefan Ebner (Avstriya).
"Dalğa Arena".
İlk oyun - 1:1.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->