Salyandakı müalicəvi bulaq hər kəsi heyran edir (VİDEO)
Ötən əsrdə Salyan rayonu ərazisində aparılan neft və qaz yataqlarının kəşfiyyat işləri zamanı bir sıra quyularda yerin dərin qatlarından çıxan xüsusi tərkibli sulara rast gəlinib.
Belə quyulardan biri Çuxanlı kəndində yerləşir.
Sakinlərin sözlərinə görə, həmin quyudan çıxan su dəridəki səpkilərə və mikroblara qarşı effektiv təsir göstərir.
"Mənim əlimdə, nəvəmin isə həm əlində, həm də üzündə səpkilər var idi. Onu buraya gətirdim. Doğrudan da, bu su səpkiləri qısa zamanda aradan qaldırdı. Bədəndəki bütün mikrobları məhv edir", - deyə sakin bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər