Xəbər lenti

Banqladeşdə sabiq baş nazirə edam cəzası kəsildi
Dünya 13:48 17.11.2025

Banqladeşdə sabiq baş nazirə edam cəzası kəsildi

Banqladeş məhkəməsi 2024-cü ilin iyulunda keçirilən etiraz aksiyalarında baş verən ölüm hallarında birbaşa məsuliyyət daşıdığı iddiası ilə sabiq baş nazir Şeyx Hasina Vecidi "insanlığa qarşı cinayətlər" törətməkdə təqsirli bilib.

Qaynarinfo "Dhaka Tribune" portalına istinadən xəbər verir ki, Banqladeş Beynəlxalq Cinayətlər Məhkəməsi (ICT) 2024-cü ildəki etirazlarda yaranmış ölümlərə görə Hasina barəsində edam tələbi ilə açılmış iş üzrə hökmünü açıqlayıb.

Üç hakimdən ibarət heyət qiyabi mühakimə olunan Hasinanın insanlığa qarşı cinayət törətdiyi qənaətinə gəlib. Eyni hökm sabiq daxili işlər naziri Asaduzzaman Xan Kamal və Banqladeş Polisinin baş müfəttişi Çoudhuri Abdullah Al-Mamun barəsində də verilib. Məhkəmə, Hasinanı edam cəzasına məhkum edib.

Nə baş vermişdi?

Banqladeşdə 1971-ci il Müstəqillik Müharibəsində iştirak edənlərin övladlarına dövlət qulluğunda xüsusi kvota ayrılması qərarından sonra iyul ayında, əsasən tələbələrin iştirakı ilə etirazlar başlamışdı. Ali Məhkəmənin iyulun sonunda kvota nisbətlərini azaltması ilə aksiyalara son qoyulduğu bildirilmişdi.

Eirazlardakı zorakılıqlarda məsuliyyət daşıdığı iddia edilən Camaat-i Islami Partiyası və onun tələbə qanadının qadağan edilməsindən sonra nümayişçilər bu dəfə hadisələrdə həlak olanlar üçün "ədalət” tələbi ilə küçələrə çıxmışdı. Etirazlar zamanı baş verən zorakılıqlarda yüzlərlə insan həlak olmuş, minlərlə insan saxlanılmışdı.

Gərginlik artdığı bir vaxtda baş nazir Şeyx Hasina rəsmi iqamətgahını tərk edərək hərbi helikopterlə Hindistana getmiş, bu zaman etirazçılar onun iqamətgahını yandırmışdılar.

Nobel mükafatı laureatı Məhəmməd Yunus 8 avqust 2024-cü ildə müvəqqəti hökumət rəhbəri kimi and içərək vəzifəyə başlayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->