"Sabah" basketbol klubu heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gerry Blakeslə 2 mövsümlük müqavilə imzalayıb.
31 yaşlı müdafiəçinin sonuncu klubu Çin təmsilçisi "Hefei Storm" olub.
Qeyd edək ki, 2016-cı ildən peşəkar arenada çıxış edən G.Blakes daha əvvəl İsveç, İtaliya, Fransa, Almaniya, Kipr, Latviya-Estoniya və Litva çempionatlarında oynayıb.
Şərhlər