Rusiyalı işğalçılar Zaporojye vilayətində iki yaşayış məntəqəsini ələ keçiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "DeepState" analitikləri məlumat
yayıb.
Söhbət Novo və Novouspenovka kəndlərindən gedir. Hər iki yaşayış məntəqəsi Qulyaypoldan şimal-şərq istiqamətində yerləşir. Bundan əlavə, Rusiya qüvvələri Sladkoe, Rovnopol və Yabloçnoye istiqamətlərində də irəliləyiş əldə edib.
Bundan başqa, rus işğalçıları Pokrovsk şəhərində və onun cənub hissəsində – Çunişişe kəndi yaxınlığında da müəyyən irəliləyiş nümayiş etdiriblər.
Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski də Zaporojye vilayətində vəziyyətin çətinləşdiyini bildirmişdi. O qeyd edib ki, rus qüvvələri bu istiqamətdə üç yaşayış məntəqəsini ələ keçirməyə nail olublar. Baş komandan həmçinin Pokrovsk bölgəsində vəziyyətin mürəkkəb olduğunu da vurğulayıb.
Bu arada Müharibə Araşdırmaları İnstitutu (ISW) analitikləri bildiriblər ki, Rusiya yaxın zamanda Pokrovsk və Mirnoqrad şəhərlərini də ələ keçirə bilər. Lakin bunun üçün Moskvaya daha çox vaxt və resurs lazım olacaq, həmçinin işğalçı qüvvələr bu istiqamətdə ağır itkilər verəcəklər.
Alpər
Şərhlər