Xəbər lenti

Ronaldo müqaviləsi bitməmiş Səudiyyə klubunu tərk etmək istəyir
İdman 17:31 23.05.2023

Ronaldo müqaviləsi bitməmiş Səudiyyə klubunu tərk etmək istəyir

"Əl-Nasr"ın hücumçusu Kriştiano Ronaldo müqavilənin başa çatmasını gözləmədən Səudiyyə Ərəbistanı klubunu tərk etmək niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.

Nəşrin yazdığına görə, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanındakı həyatdan razı deyil və o, ölkənin infrastrukturundan məyus olub.

Bununla əlaqədar Ronaldo və ətrafı futbolçunun Avropaya qayıtması üçün işə başlayıb.

Qeyd edilir ki, müqaviləyə üzrlü səbəb olmadan xitam veriləcəyi təqdirdə Ronaldo "Əl-Nasr”a böyük təzminat ödəməli olacaq.

Ronaldo "Əl Nasr”a 2022-ci ilin dekabr ayının sonunda "Mançester Yunayted”dən keçib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->