Xəbər lenti

Ronaldo karyerasını bitirmək istədiyi klubu açıqladı
İdman 15:13 27.08.2024

Ronaldo karyerasını bitirmək istədiyi klubu açıqladı

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo karyerasının sonuna qədər Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynamaq niyyətində olduğunu etiraf edib. 

Qaynarinfo bu barədə "Daily Sports"a istinadən xəbər verir.

"Tezliklə, yoxsa iki və ya üç ildən sonra təqaüdə çıxacağımı bilmirəm, amma yəqin ki, bunu "Əl-Nəsr"də edəcəm. Mən burada xoşbəxtəm. Bu çempionatda oynamağı xoşlayıram, bundan sonra da oynamaq istəyirəm", deyə Ronaldo bildirib.

Bundan əvvəl Ronaldo Portuqaliya millisindən ayrılmaq qərarının kortəbii olacağını bildirib: 

"Milli komandadan ayrılanda heç kimə əvvəlcədən deməyəcəyəm. Bu, mənim tərəfimdən çox kortəbii bir qərar olacaq. Həm də çox düşüncəli... İndi milli komandaya kömək etmək istəyirəm".

Səudiyyə Ərəbistanı çempionatının yeni mövsümündə Ronaldo 3 matçda meydana çıxıb, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib. Müqailədə portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da var. O, əvvəllər "Sportinq", "Mançester Yunayted" (iki dəfə), "Real Madrid" və "Yuventus"da çıxış edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->