Xəbər lenti

Ölkə 12:24 03.11.2025

"Rifah Group"un sabiq baş mühasibinə hökm oxundu - 800 min manat mənimsəyib

"Rifah Group" MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən həmin şirkətin sabiq baş mühasibi Samirə Zeynalova 8 il müddətə azadlıqdan məhrum edilib.

"Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Belə ki, ona elan edilmiş Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) maddəsi ümumi ittihamdan xaric edilib.

Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəlb etmə müddəti keçdiyi üçün həmin maddə üzrə Samirə Zeynalovaya cəza təyin olunmayıb.

İttihama görə, Samirə Zeynalova "Rifah Group" MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək həmin şəxslərin adına bank hesabları açıb və sözügedən MMC-yə məxsus 802 min 429 manat pulu onların hesablara köçürərək mənimsəyib.

Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->