Xəbər lenti

“Real” irqçi ifadələri hesabata salmayan hakimdən şikayət etdi
İdman 11:20 19.03.2024

“Real” irqçi ifadələri hesabata salmayan hakimdən şikayət etdi

"Real”-"Osasuna” matçından sonra Madrid klubu hakimdən şikayət edib. 

Qaynarinfo-nun məlumatına görə, buna səbəb komandanın aparıcı futbolçularından olan Vinisius Juniora qarşı irqçi şüarlar səsləndirilməsini hakimin matçın hesabatına əlavə etməməsi olub.

La Liqanın lideri "Real” səfərdə "Osasuna"ya 4:2 hesabı ilə qalib gəlib . Vinisius Junior matçda vurduğu iki qolla qələbəyə ciddi töhfə verib. Matç zamanı Juniorun ünvanına səsləndirilən irqçi şüarlar "Real”ın kəskin reaksiyalarına səbəb olub. 

Klubdan verilən açıqlamada, futbolçuya qarşı söylənilən irqçi ifadələri hesabatına daxil etməyən matçın baş hakimi Xuan Martinez Munuera haqqında İspaniya Futbol Federasiyasının İntizam Komitəsinə şikayət etdiyi bildirilib. 

Vinisius daha əvvəllər də bir çox matçda rəqib azarkeşlər tərəfindən oxşar davranışa məruz qalıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->