Xəbər lenti

Rasim Mehdiyev işdən çıxarıldı
Ölkə 16:06 22.07.2025

Rasim Mehdiyev işdən çıxarıldı

Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev vəzifəsindən azad edilib.

Qaynarinfo "Teleqraf”a istinadən xəbər verir ki, iyulun 21-də onun əmək müqaviləsinə xitam verilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən faktı təsdiqləyiblər.

Rasim Mehdiyev açıqlamasında bidirib ki, işdən çıxarılması yaşı ilə bağlıdır: "70 yaşım tamam olduğu üçün belə məsləhət oldu, işdən çıxarıldım”.

Qeyd edək ki, Rasim Mehdiyev Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin əmisidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->