Xəbər lenti

Qəzənfər Abbasov:
Maqazin 11:46 31.10.2025

Qəzənfər Abbasov: "...Özlərini pis günə qoyublar"

Əməkdar artist Babək Niftəliyev xanəndələrin geyimini tənqid edib. 

Xanəndə tədbirlərdə muğam ifaçılarının idman tərzində səhnəyə çıxmasının əleyhinə olduğunu bildirib:

"Dövlət tərəfindən milli musiqimizə böyük diqqət ayrılıb. Beynəlxalq müsabiqələrə ev sahibliyi edirik. Biz tələbələrlə danışanda deyirik ki, xanəndə necə geyinməlidir. Xanəndə idman ayaqqabısında oxuya bilməz. Bunu qəbul edə bilmərik".

Əməkdar müəllim Qəzənfər Abbasov Qaynarinfo-ya açıqlamasında xanəndələrin geyiminin səhnəyə uyğun olduğunu bildirib: 

"Xanəndələrin geyiminə söz ola bilməz. Bir çox müğənnilər, musiqiçilər var ki, geyimlərini bilmirlər. Ara müğənnilər var ki, səhnəyə demək olar, lüt çıxırlar. Bu qadınlar özlərini pis günə qoyublar”.

Qəzənfər Abbasov açıq-saçıq geyinən müğənnilərin bütün günü efirlərdə qonaq olduğunu vurğulayıb:

"Hansı kanala baxsan, onlardır. Onların geyimi camaata pis nümunə olur. Həmin müğənnilər hansı kanala çıxırsa, onlar bağlanmalıdır. Milləti hara sürükləyirlər”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->