Xəbər lenti

Qanundakı dəyişikliklər evləri ucuzlaşdıracaqmı? - Ekspert
Ölkə 18:25 12.11.2025

Qanundakı dəyişikliklər evləri ucuzlaşdıracaqmı? - Ekspert

"Bu, ipoteka ilə ev alanların imkanlarını elə də genişlənidrməyəcək. Yeni qanunun mahiyyəti ondan ibarətdir ki, banklar arasında razılıq notarial qaydada aparılacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov "İpoteka haqqında” qanuna edilən dəyişikliklərin üstünlüklərindən danışarkən deyib. 

Əkrəm Həsənov yeni qanunu belə şərh edib:

"Məsələn, mənim bahalı evim var. Hardasa 500 min manat dəyərindədir. Həmin evi ipotekaya qoyub bir bankdan 100 min kredit götürürəm. Sonra bir başqa bankdan da 50 min manat götürmək istəyirəm. Həmin banka da elə bu evi qoyuram. Belə halda birinci bankın buna notarial qaydada təsdiq olunmuş razılığı lazımdır".
 


Əkrəm Həsənov bu zaman birinci bankın üstünlük huququnun olduğunu vurğulayıb:

"Yəni, sabah ev satılsa, pulu ilk olaraq birinci bank götürəcək, sonra isə ikinci bank. Məsələn, evlərin qiyməti düşsə, birinci bankın ipotekada üstünlük huququ olacaq. Banklar arasında razılaşma olduğundan üstünlük hüququnu dəyişə bilərlər. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, həmin razılıq notarial qaydada olmalıdır".
 
Əkrəm Həsənov evlərin qiymətinin düşəcəyi ilə bağlı fikirlərə də aydınlıq gətirib:

"Evlərin qiymətlərinin azalması qaçılmazdır. Niyə? Çünki Azərbaycanda evlərin qiyməti şişirdilib. Sadəcə, yeni tikilən binlarda tikinti şirkətləri o qədər rüşvət ödməli olublar ki, məcbur qalıb mənzilləri baha qiymətə satırlar. Xeyli varlı insan var ki, pulları əlində qalıb, bilmir ki, neynəsin. Fikirləşirlər ki, evlərin qiyməti bir az da bahalaşacaq. Təzə binalarda qiymətin yüksək olması köhnə binalardakı mənzillərin də qiymətinə  təsir edir, amma Azərbaycanda gəlirlər və iqtisadi aktivlik azalır. Biz bunu gələn ilin dövlət büdcəsindən də görürük. İnsanların gəlirləri azalacaq. Bu halda hamı əlindəki əmlakı satışa çıxaracaq. Nəticədə evlər ucuzlaşacaq".

Qeyd edək ki, "İpoteka haqqında" qanuna dəyişikliklər edilib. Yeni qanuna əsasən, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notarial qaydada təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulur.

Bahar Rüstəmli


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->