Xəbər lenti

PSJ baş məşqçisinə ömürlük müqavilə təklif etmək istəyir
İdman 19:10 22.12.2025

PSJ baş məşqçisinə ömürlük müqavilə təklif etmək istəyir

Fransanın PSJ klubunun rəhbərliyi baş məşqçi Luis Enrikeyə ömürlük müqavilə təklif etmək istəyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın AS qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, klub prezidenti Şeyx Nasser Əl-Xelafi 55 yaşlı mütəxəssisi mükəmməl hesab edir və onun komandada mümkün olan ən uzun müddət qalmasını istəyir. Klub rəhbərliyi Enrike ilə ən yaxşı və ən dəyərli müqavilə imzalamağa və onu daimi etməyə hazırdır.

Əgər belə bir müqavilə imzalanarsa, Luis Enrike futbol tarixində ömürlük müqavilə alan ilk məşqçi olacaq.

2025-ci ildə PSJ altı kubok qazanıb: Fransa çempionluğu, Fransa Kuboku və Super Kuboku, UEFA Çempionlar Liqası, Avropa Super Kuboku və Qitələrarası Kubok.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->