Xəbər lenti

Polşa Netanyahuya icazə verdi: Tədbirə gedəcək, həbs edilməyəcək
Dünya 10:47 10.01.2025

Polşa Netanyahuya icazə verdi: Tədbirə gedəcək, həbs edilməyəcək

Polşa hökuməti 9 yanvar, cümə axşamı tarixində İsrailin baş naziri Benyamin Netanyahunun Osvensimdəki Auşvits-Birkenau düşərgəsinin azad edilməsinin 80 illiyi münasibətilə keçirilən tədbirlərdə "azad və təhlükəsiz iştirakı"nı təmin edəcəyini bəyan edən qərar qəbul edib.  

Qaynarinfo xəbər verir ki, bu barədə qərar Polşa hökumətinin rəsmi saytında dərc edilib.  

Qərarda qeyd olunur ki, İsrail liderlərinin Osvensimdəki konslagerin azad edilməsinin 80 illik yubileyi ilə bağlı tədbirlərdə təhlükəsiz iştirakı "Yəhudi xalqının hörmətlə yad edilməsi hissəsi kimi qəbul olunur. Bu xalqın milyonlarla qızı və oğlu Üçüncü Reyx tərəfindən törədilmiş Holokostun qurbanı olub".  

Bu səbəbdən sənəddə "Polşa hökuməti İsrailin yüksək rütbəli nümayəndələrinin bu tədbirlərdə azad və təhlükəsiz iştirakını təmin edəcəyini bəyan edir", - deyə bildirilir.  

Xatırladaq ki, 2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu və İsrailin sabiq müdafiə naziri Yoav Qalant haqqında Qəzzada "hərbi cinayətlər və insanlığa qarşı cinayətlər" ittihamı ilə həbs orderləri verib.  

Polşa, Roma Statutunun iştirakçı dövləti kimi, Netanyahu ölkəyə səfər etdiyi halda, onu həbs etməyə məcburdur.  

Məhkəmədən bildirilib ki, qərarlarının yerinə yetirilməsini təmin etməkdə üzv dövlətlərə etibar edirlər.    

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->