Xəbər lenti

Dünya 13:15 27.08.2024

"Politico": Durovu həbs edən ölkənin prezidenti aktiv "Telegram" istifadəçisidir

Fransa prezidenti Emmanuel Makron aktiv "Telegram" istifadəçisidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” adı açıqlanmayan keçmiş deputata istinadən yazır.

Nəşr qeyd edir ki, "Telegram"dan həm Fransanın Nazirlər Kabinetinin üzvləri, həm də bütün səviyyəli və partiyalardan olan siyasətçilər də geniş istifadə edirlər. Messencer xüsusilə Makron tərəfdarları arasında populyardır.

Həmsöhbət avqustun 26-da messencerin qurucusu Pavel Durov həbsdə olanda Fransa lideri ilə "Politico" yazışmalarını göstərib. Sonuncu səfərin vaxtının göstərildiyi statusda "bu yaxınlarda olub” yazılıb. Bu o deməkdir ki, Makron son bir neçə gündə "Telegram"dan istifadə edib.

İşlə məşğul olmayan Fransa ədliyyə sisteminin nümayəndəsi bildirib ki, "Telegram"dakı iddialar messencer komandasının hakimiyyət orqanları ilə əməkdaşlıq etmək istəməməsi ilə bağlıdır.

Pavel Durov avqustun 24-ü axşam saatlarında Fransanın Le Burje hava limanında saxlanılıb. Media onun həbsinin messencerdə moderasiyanın olmaması və Fransa hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlı olduğunu yazıb. Avqustun 26-da məhkəmə sahibkarın həbs müddətini 48 saat uzadıb. İş çərçivəsində 12 maddə üzrə cinayətlər araşdırılır, lakin Durovun özünə qarşı hələlik rəsmi ittiham irəli sürülməyib.

Makron Durovla bağlı vəziyyətdə siyasi motivləri rədd edib. Onun sözlərinə görə, "Telegram"ın təsisçisi davam edən istintaq çərçivəsində həbs edilib. Makron vurğulayıb ki, "Fransa ifadə azadlığına, innovasiyalara və sahibkarlıq ruhuna sadiq qalır”. Eyni zamanda, Fransa lideri əlavə edib ki, qanunun aliliyi olan dövlətdə azadlıqlara qanun çərçivəsində hörmət edilməlidir. Bu həm real həyata, həm də sosial şəbəkələrə aiddir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->