Xəbər lenti

Paris-2024: Əliabbas 1/8, Osman 1/4 finalda uduzdu (YENİLƏNİB)
İdman 15:20 08.08.2024

Paris-2024: Əliabbas 1/8, Osman 1/4 finalda uduzdu (YENİLƏNİB)

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Qaynarinfo xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində San Marino təmsilçisi Maylz Nazem Amin ilə üz-üzə gəlib.

Nurmaqomedov rəqibinə məğlub olub - 14:16. Amin finala yüksəlsə, təmsilçimiz sabah təsəlliverici qarşılaşmaya qatılacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

14.48

Qaynarinfo xəbər verir ki, Əliabbas Rzazadə ilk yarışını Özbəkistan təmsilçisi Qulomjon Abdullayevə qarşı keçirib.

Rəqibinə məğlub olan Əliabbas mübarizəni dayandırıb.

Digər sərbəst güləşçimiz, 86 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov ilk yarışını Monqolustan təmsilçisi Bat Erden Byambasurenə qarşı keçirib.

Rəqibini məğlub edən təmsilçimiz 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->