Xəbər lenti

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarəmfinalda (YENİLƏNİB)
İdman 15:04 10.08.2024

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarəmfinalda (YENİLƏNİB)

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Qaynarinfo-nun məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb.

Görüşdə təmsilçimiz 7:2 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
 
13.47
 
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Qaynarinfo-nun məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.

Görüş təmsilçimizin 9:0 hesablı qələbəsi ilə başa çatıb. M.Maqomedov 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->