Xəbər lenti

Niyə SSRİ-dəki faciəli hadisələr zamanı
Dünya 11:20 22.02.2026

Niyə SSRİ-dəki faciəli hadisələr zamanı "Qu quşu gölü" göstərildi? - Əsl səbəb

1991-ci ili yaşayanlar televiziya ekranlarında məşhur "Qu quş gölü”nü xatırlayarlar. Üç gün ərzində eyni balet bütün kanallarda göstərilirdi, sanki ölkədə vaxt dayanıb. Yaşlı nəsl üçün bu tamaşa tanış idi: onlar əvvəllər də belə "sonu olmayan balet” görmüşdülər və səbəbini təxmin edə bilirdilər. Bəs niyə SSRİ və post-sovet məkanında bütün günü Çaykovskinin əsəri göstərilirdi, KVN deyil.

Qaynarinfo "Unian"a istinadən bununn səbəbini təqdim edir:

1991-ci ildə baletin nümayişi niyə baş tutdu?

"Qu quş gölü”nün bütün kanallarda göstərildiyi vaxt yalnız 1991-ci ilə məhdud deyildi. Amma demək olar ki, həmişə bu, narahatlıq siqnalı idi: ölkədə ciddi hadisə baş vermişdi və qarşıda çətin günlər gözlənilirdi. Məşhur Çaykovski baleti müəyyən fasilə rolunu oynayırdı – onu böhran, siyasi dəyişiklik və ya ümummilli kədər anlarında efirə qoyurdular.

"Qu quş gölü” ekranlarda belə hallarda görünürdü:

* Baş katiblərin ölümündən sonra – Leonid Brejnev, Yuriy Andropov və Konstantin Çernyenko;
* 1991-ci ilin avqustunda – dövlət çevrilişi cəhdi zamanı;
* Bəzən – televiziya yayımında fasilələr zamanı neytral "texniki əvəzləyici” kimi.

SSRİ tamaşaçıları baleti ilk dəfə 1982-ci ildə gördülər – Polis günü konsertinin əvəzinə. Səbəb faciəli idi: Brejnev vəfat etmişdi. Sonra bu üsul Andropov və Çernyenko ölümü zamanı da təkrarlanmışdı.

1991-ci ildə sovet hakimiyyəti özünü üstələdi: avqust çevrilişi zamanı balet üç gün ardıcıl televiziyada yayımlandı. Digər versiyaya görə, baletin yayımlanması çevrilişdən iki həftə əvvəl planlaşdırılmışdı və təsadüf nəticəsində hadisəyə düşmüşdü. Amma bu təsadüf çox simvolik görünürdü və ona asanlıqla inanmaq çətin idi.

Niyə məhz balet, əyləncə verilişi yox idi?

Birincisi, kədərli günlərdə hər hansı "əyləncə proqramı” göstərmək qadağan olunurdu. Balet isə klassik sənətin simvolu hesab edilirdi, neytral və yüksək mədəniyyətli məzmun kimi. Bəzi mədəniyyət xadimləri belə yayımları "maarifləndirici” adlandırırdılar – milyonlarla insanın Böyük Teatrda olmadan Çaykovski və Qriqoroviçin məşhur tamaşasını izləmək şansı yaranırdı.

Amma əsas səbəb başqa idi: balet uzun çəkir, söz olmur və insanları reallıqdan yayındırırdı. Beləliklə, hakimiyyət efirdən xəbərləri çıxarır, narahatlığı azaldır, panikadan və narahat suallardan qorunur, vaxt qazanırdı.

Post-sovet dövrdə də bəzən "Qu quş gölü” texniki fasilələr və ya kanalların yayımını sinxronlaşdırmaq üçün göstərilirdi. Bu gün çox az adam xatırlayır ki, televiziya bu baleti sonuncu dəfə nə vaxt göstərmişdi – 1991-ci ildən başqa. Tarix adətən səhv etmir – sadəcə finaldan əvvəl fasilə etməyi sevir.

Aydın

--> -->