Elm və Təhsil Nazirliyi "Rəqəmsal bacarıqlar" layihəsi üçün iş dəftərlərinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üçün tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 181.333,32 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reuestr məlumatlarına əsasən, "Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 589 880 AZN olan ASC-nin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 17-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur.
"Şərq-Qərb” ASC ölkənin ən iri poliqarfiya şirkətlərindən biridir.
"Şərq-Qərb” ASC 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsinin bazasında yaradılıb. Kitab evi özəlləşdirilədk sonra "Şərq-Qərb” ASC-yə çevrilib.
ASC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin nəzarətindədir.
"Şərq-Qərb” ASC ilə bağlı araşdırma materiallarında Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin şirkətin əsas səhmdarı olduğu bildirilir. Timur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsində işləyir. O, 2014-cü ildən bu vəzifədədir.
Seyid
Şərhlər