Xəbər lenti

Nazirlik bu şirkəti cərimə etdirdi
Ekonomiks 18:42 14.11.2025

Nazirlik bu şirkəti cərimə etdirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) "Yurd Accesseries" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimələyib.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 539.3-cü maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Tələbi pozulan maddəyə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.

Məhkəmənin hökmü ilə İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinən şirkət 2000 manat cərimə edilib. 

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Həsənov Samir Sahib oğludur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->