Xəbər lenti

Nazir Hasil Abbasova müavin təyin etdi
Ekonomiks 10:02 12.01.2026

Nazir Hasil Abbasova müavin təyin etdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Eşqin Əli oğlu Bayramov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Bu barədə Qaynarinfo-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Eşqin Bayramov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında "Ölkəşünaslıq - Avropa ölkələri” ixtisası üzrə magistr və 2013-2017-ci illərdə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb. Doktorantura təhsili dövründə beynəlxalq qrant layihəsinin qalibi olub və Yunanıstanın Beynəlxalq Hellenic Universitetində elmi tədqiqatçı kimi çalışıb.

İqtisad elmləri üzrə fəlsəfə doktorudur.

2016-2021-ci illərdə Britaniyanın Şeffild Universitetində "Marketinq, reklam və ictimaiyyətlə əlaqələr” ixtisası üzrə təhsil alıb.

2011-2025-ci illərdə Bakı Biznes Universitetində şöbə müdiri, prorektor, müəllim işləyib.

2025-ci ilin fevral ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovdur. O, 8 yanvar 2026-cı ildə bu vəzifəyə təyin olunub.
--> -->