Xəbər lenti

NATO-nun yeni baş katibi kim olacaq: Qadın, yoxsa...? (ŞƏRH)
Ekonomiks 22:20 31.01.2024

NATO-nun yeni baş katibi kim olacaq: Qadın, yoxsa...? (ŞƏRH)

"NATO-nun növbəti baş katibinin xanım olması ehtimalı böyükdür. Türkiyənin isə bu məsələdə şansı yoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov NATO baş katibinin seçkisi prosedurunun necə olduğu barədə suala cavabında deyib.

Ekspert bildirib ki, NATO-nun hazırkı baş katibinin dönəmi başa çatır. Hətta Yens Stoltenberqin baş katib postunda vəzifəsini bir il uzadılıb:

"İndi NATO-nun 32 ölkəsi var. Yeni baş katibi də həmin 32 ölkənin rəhbər şəxsləri seçəcək. Namizədləri müəyyənləşdirmək üçün qurumda adətən lobbiçilik fəaliyyəti həyata keçirilir. Böyük ehtimalla bu dəfə NATO-nun baş katibi gender bərabərliyinə əsasən xanım olacaq. Daha çox Avstriyanın keçmiş xarici işlər nazirinin adı çəkilir. Bir ara Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun da adı hallanırdı. Oktyabr ayına qədər məsələ öz həllini tapacaq və NATO-nun yeni baş katibi də avropalı olacaq. ABŞ adətən öz namizədini təklif etmir. Çünki sədr daimi olaraq Avropada yerləşən mənzil qərargahında olmalıdır".
 

 
Həmsöhbətimiz qeyd edib ki, Türkiyə nümayəndəsinin NATO baş katibi olmaq şansı yoxdur:

"Türkiyə NATO-nun ikinci güclü ölkəsi olsa da, qurumun baş katibi daha çox siyasi fiqurdur. Ona görə də baş katib vəzifəsinə daha çox ölkələrində prezident, baş nazir, xarici işlər, iqtisadiyyat nazirləri olan şəxslər seçilir. Bu postda hərbçilərə üstünlük verilmir. Ona görə də Türkiyə nümayəndəsinin bu postu tutmaq şansı yoxdur".

Qeyd edək ki, bu ilin oktyabrında dünyanın ən güclü hərbi təşkilatı olan NATO-ya yeni baş katib seçiləcək. İndilikdə bu vəzifəni Yens Stoltenberq icra edir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->