Xəbər lenti

Narışkin ABŞ hərbi bazalarının Ermənistanda yaradılması ehtimalından danışdı
Dünya 14:52 17.06.2024

Narışkin ABŞ hərbi bazalarının Ermənistanda yaradılması ehtimalından danışdı

ABŞ hərbi bazalarının Ermənistan ərazisində peyda olması ehtimalını müzakirə etmək hələ tezdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirib.

"Bu barədə danışmaq hələ tezdir", - o, İrəvanın siyasətindəki dəyişikliklərlə əlaqədar respublikada ABŞ hərbi bazalarının görünməsi gözləniləndirmi sualına cavab verib.

Bundan əvvəl Ermənistan-ABŞ strateji dialoq görüşünün yekun birgə bəyanatında bildirilib ki, tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək və əməkdaşlığın statusunu strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyi hədəfləyəcəklər. 

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->