Xəbər lenti

Moskva-Vaşinqton-Pekin ücbucağı yaranır? (ŞƏRH)
Dünya 17:40 19.07.2025

Moskva-Vaşinqton-Pekin ücbucağı yaranır? (ŞƏRH)

"Anonsu verilən üçlü görüş baş tutmayacaq. Amma Trampla Si Szinpinin görüşü mümkündür”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev sentyabrda Pekində ABŞ, Çin və Rusiya liderləri arasında üçtərəfli görüşün olması ehtimalını şərh edərkən deyib:

"Belə bir görüşün anonsu verilib. Ancaq indiki halda onun baş tutması mümkünsüzdür. Bunun baş verəcəyini ehtimal etmirəm. Trampla Putin arasında səslənən ritorikalar çox sərt olması ilə seçilir. Tramp son açıqlamalarında Putinlə danışmağın mənasız olduğunu bildirib. Görünən odur ki, ABŞ-da Rusiyaya münasibətdə artıq qərarlaşmış münasibət var və Tramp Putini ciddi itkilərə məruz qoymaqda israrlıdır. O, Almaniya və digər Avropa ölkələrindən Ukraynanı hücum silahları və havadan müdafiə silahları ilə təchiz eməklə bağlı xahiş edib”. 

Ekspert düşünür ki, sentyabra qədər hələ çox olaylar baş verəcək:

"Həmin vaxta qədər çox gərgin, sərt ritorika və qaynar münaqişə nöqtələrini müşahidə edəcəyik. Putin artıq diplomatik münasibətlər üçün inam əmsalını itirib”. 

Ü.Şəfiyev deyir ki, Trampla Si Szinpinin sentyabrda ikilikdə görüşü isə mümkündür:

"Onların Tayvan, ticarət tarifləri kimi müzakirə etməli olduqları kifayət qədər mövzu var”. 

Qeyd edək ki, "The Times” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp sentyabrın əvvəlində Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Pekinə dəvət oluna bilər. Məqalədə qeyd edilir ki, ABŞ-la Çin arasında bir sıra ticarət sazişləri Trampı Pekinlə bağlı sərt mövqeyinə yenidən baxmağa vadar edib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->