Xəbər lenti

Məşhur irlandiyalı İsrail komandasına baş məşqçi təyin olundu
İdman 12:21 27.06.2023

Məşhur irlandiyalı İsrail komandasına baş məşqçi təyin olundu

Keçmiş irlandiyalı futbolçu Robbi Kin İsrail Premyer Liqası təmsilçisi Tel-Əviv "Makkabi”sinin baş məşqçisi təyin edilib.

Qaynarinfo-nun məlumatına görə ispan çalışdırıcı Aitor Karanka ilə yollarını ayıran "Makkabi Tel-Əviv" irlandiyalıya tapşırılıb. Klubdan verilən məlumata görə, 42 yaşlı Kin ilə 2 illik müqavilə imzalanıb.

İrlandiya millisi ilə yanaşı, Hindistanda "Atletiko de Kolkata”, İngiltərədə "Midlsbro” və "Lids"in baş məşqçi köməkçisi olmuş Kin ilk baş məşqçi təcrübəsini Tel-Əviv "Makkabi”sində yaşayacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->