ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson Ukraynanı maliyyələşdirmək arzusunda olmadığını bəyan edib.
Qaynarinfo xəbər verir ki, spiker bu barədə "Punchbowl" portalına açıqlama
verib.
"Ukraynanın əlavə maliyyələşdirilməsinə həvəsim yoxdur və ümid edirəm ki, buna ehtiyac yoxdur, deyə Conson vurğulayıb.
Spiker əmin olduğunu bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gəlsə, həqiqətən də bu münaqişəyə son qoya bilər:
"Tramp qalib gəlsə, inanıram ki, o, həqiqətən də bu münaqişəni sona çatdıra bilər. Düşünürəm ki, Tramp Rusiya prezidenti Vladimir Putinə zəng edib ona bunu deyəcək".
Nümayəndələr Palatasının sədrinin sözlərinə görə, dünyada hər kəs artıq Ukraynadakı münaqişədən yorulub və hər şeyin həllini istəyir.
Aydın
Şərhlər