Xəbər lenti

Leonardo Di Kaprio yaxtada istirahət edərkən xəsarət alıb (FOTO)
Maqazin 23:55 06.08.2024

Leonardo Di Kaprio yaxtada istirahət edərkən xəsarət alıb (FOTO)

Hollivud aktyoru Leonardo Di Kaprio Sardiniyada istirahətdə olarkən xəsarət alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Avqustun 5-də Leonardo Di Kaprio sevgilisi, model Vittoria Ceretti və dostları ilə yaxtaya çıxıb. Aktyor Aralıq dənizində çimərkən onu meduza sancıb. Paparatssilər modeli Di Kaprionun ayağındakı qırmızı ləkəni araşdırarkən lentə alıb. Jurnalistlərin sözlərinə görə, aktyorun yarası tez müalicə olunub və yüngül xəsarət alıb.

Leonardo Di Kaprionun model Vittoria Ceretti ilə münasibətlərinə dair şayiələr 2023-cü ilin mayında ortaya çıxıb. Sonra onlar Kannda gəzərkən görüntüləniblər. Sentyabrın əvvəlində aktyor və model İbizadakı gecə klubunda lentə alınıb. Fevralın sonunda məşhurlar Los-Ancelesdə gəzərkən yaxalanıblar. Bu yaxınlarda sevgililər nişanlanmaları ilə bağlı dedi-qodulara səbəb olublar. Paparatssilər Vittoria Cerettinin barmağında üzüyü görüblər. Lakin tezliklə bir insayder bildirib ki, Di Kaprio hələ belə ciddi addıma hazır deyil.

İyunun 7-də Vittoria Cerettinin 26 yaşı tamam olub. Di Kaprionun isə 49 yaşı var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->