Xəbər lenti

İspaniyada irqçilik qalmaqalı, stadion üç oyunluq bağlandı
İdman 13:07 04.04.2024

İspaniyada irqçilik qalmaqalı, stadion üç oyunluq bağlandı

İspaniya Futbol Federasiyası "Xetafe"yə irqçilik cəzası verib. 

Qaynarinfo-nun məlumatına görə, buna səbəb La Liqanın 30-cu turu çərçivəsində baş tutan "Xetafe" - "Sevilya" matçında meydan sahiblərinin azarkeşlərinin "Sevilya"nın futbolçusu Markos Akunaya "meymun", oyunun sonunda isə baş məşqçi Kike Sançez Floresə "qaraçı" deməsi olub. 

Bu səbəbdən İntizam Komitəsi "Xetafe"ni 27 min avro cərimələyib və üç matç stadionun qismən bağlanması cəzasına məruz qoyub. Həmçinin klubdan irqçi, ksenofobik, dözümsüz hərəkət və davranışları pisləyən bir bəyanat dərc olunması istənilib.

İspaniya mətbuatı federasiyanın verdiyi qərarları "nümunəvi cəza” kimi şərh edib, həmçinin yaşıl meydanlarda irqçiliyə qarşı növbəti addımların daha qəti və sərt olmasını istəyib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->