İspaniya La Liqası "YouTube" platformasında 10 milyon abunəçiyə çatan kanallara verilən "Diamond Button"u əldə edib.
Qaynarinfo-nun məlumatına görə, La Liqa həm də buna nail olan ilk futbol liqası ünvanını qazanıb. Bu barədə yarış təşkilatçıları məlumat yayıb.
İdman kateqoriyasında bütün dünyada "Diamond Button"u əldə etmiş cəmi 19 kanal var ki, onlar arasında NBA, NFL, UFC, Olimpiadalar və Formula 1 də yer alır. Qlobal miqyasda isə İspaniyada "Real Madrid" və "Barselona"nın yutub kanalları da daxil olmaqla cəmi 41 kanalı var.
LaLiga kanalına ən çox abunəçinin gəldiyi beş ölkə İspaniya ilə birlikdə İndoneziya, Meksika, Hindistan və ABŞ-dır. Bundan əlavə, La Liqanın "YouTube" kanalı üç milyondan çox baxış toplayıb.
"Diamond Button" mümkün olan ən yaxşı ikinci kateqoriyadır və yalnız 100 milyon abunəçiyə çatdıqda verilən "Red Diamond Button"dan geridə qalır.
Səbuhi Həsənov
Şərhlər