Xəbər lenti

İlham Əliyev ukraynalılara məsləhət verdi: Heç vaxt işğalla barışmayın
Siyasət 19:28 19.07.2025

İlham Əliyev ukraynalılara məsləhət verdi: Heç vaxt işğalla barışmayın

Məsləhətim Ukrayna vətəndaşlarına - heç vaxt işğalla barışmayın.

"Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırarkən deyib.

Qeyd edək ki, jurnalist Azərbaycan Prezidentindən müharibə şəraitində Ukrayna xalqına nə məsləhət verə biləcəyini soruşub.

"Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə - mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam - 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib”, - deyə Prezident əlavə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->