Xəbər lenti

İkinci dəfə evlənir (FOTO)
Maqazin 20:17 27.07.2024

İkinci dəfə evlənir (FOTO)

Bu yaxınlarda böyük səhnədən getməyə qərar verən məşhur britaniyalı müğənni Adel ikinci dəfə ailə qurur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" yazıb.

Müğənni və sevgilisi, idman agenti Riçi Polun münasibətlərini rəsmiləşdirməsi ilə bağlı şayiələr uzun müddətdir ki, dolaşırdı. Ötən gün xarici media cütlüyün restorandan çıxarkən yeni fotolarını çəkə bilib. Adel üzünü kameralardan gizlədib, lakin bu yolla barmağına qiymətli nikah üzüyü taxdığını təsdiqləyib.

Nəşrə məlumat verən mənbə qeyd edib ki, nişan ötən həftə baş tutub.

"Riçi ona dörd karatlıq brilyant qaşlı inanılmaz üzük bağışladı. Ertəsi axşam onlar bunu şampan ilə qeyd etdilər", deyn mənbə qeyd edib ki, sevgililər artıq ailələrinə və dostlarına evlilik xəbərləri barədə məlumat veriblər. 

Şayiələrə görə, cütlük 2025-ci ilin sonunda evlənməyi planlaşdırır.

Qeuyd edək ki, Adel 15 "Gremmi "mükafatının qalibi və iki dəfə "İlin albomu", "İlin rekordu" və "İlin mahnısı" nominasiyalarını qazana bilən ilk müğənnidir. Onun "Skyfall" mahnısı "Oskar" və "Qızıl Qlobus" mükafatlarını qazanıb.

2011-ci ildə ulduz iş adamı Simon Koneçki ilə görüşməyə başlayıb. Bir il sonra onların Anselo Ceyms Koneçki adlı oğlu dünyaya gəlib. Sonra cütlük gizli şəkildə evlənib, lakin artıq 2019-cu ildə boşanmaları məlum olub.

Daha sonra Adel Riçi ilə münasibət qurmağa başlayıb. Maraqlıdır ki, indi cütlük heç nəyi açıq şəkildə şərh etmir və müğənninin özü nadir hallarda şəxsi məsələlərdən danışır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->