Xəbər lenti

Dünya 13:43 31.10.2025

"III dünya müharibəsi kandardadır": Analitiklər yeni qarşıdurma barədə xəbərdarlıq edir

Tarix təkrarlanır: Karib böhranından altmış ildən çox müddət keçdikdən sonra ABŞ yenidən bölgədə hərbi gücünü cəmləşdirir. Prezident Donald Trampın administrasiyası Karib hövzəsində indiyədək görünməmiş dəniz qüvvələri qruplaşması yaradır — onu artıq Con Kennedi dövründən bəri ən böyüyü adlandırırlar. Vladimir Putin və Çin lideri Si Szinpin isə cavab verir.

Qaynarinfo xəbər Unian-a istinadla xəbər verir ki, bu barədə Milli təhlükəsizlik üzrə ekspert Mark Tot və ABŞ hərbi kəşfiyyat polkovniki Conatan Svitin yazdıqlarına görə, ABŞ donanmasının 10 faizindən çoxu artıq əməliyyat zonasındadır və ya ora istiqamətlənir. Onların arasında "USS Gerald Ford” təyyarədaşıyan gəmisi və "USS Gravely” raket esminesi də var. Rəsmi Vaşinqton bunu "narkokartellərlə mübarizə” ilə – xüsusilə də Venesuelanın "Tren de Aragua” adlı cinayətkar təşkilatı ilə əlaqələndirir. Lakin ekspertlər hesab edirlər ki, bu əməliyyatın əsas məqsədi Moskva, Pekin və Karakasa güc nümayiş etdirməkdir.

Tramp Nikolas Maduronun rejiminə qarşı "maksimum təzyiq” siyasətinə qayıdaraq, Monro doktrinasını bərpa edir — yəni Qərb yarımkürəsinə xarici müdaxilənin yolverilməzliyi barədə bəyanatı. Bu fonda Rusiya Venesuela ilə əməkdaşlığı gücləndirib: Karakasda "Vaqner qrupu” ilə əvvəllər əlaqəsi olan hərbi təyyarə eniş edib. Onun marşrutu Ermənistandan keçərək Əlcəzair, Mərakeş, Seneqal və Mavritaniyadan dolama yolla keçib — bu da silah tədarükü ilə bağlı şübhələri daha da gücləndirir.

Çin də ABŞ-ın hərbi fəallığına reaksiya verib — Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin bəyan edib ki, Pekin "Venesuelanın suverenliyini pozan hər hansı addımlara qarşıdır”. Bununla belə, müşahidəçilər bu bəyanatları "boş siqnal” adlandırırlar, çünki Çin son zamanlar Tayvan ətrafındakı sularda aqressiv davranışı ilə tanınır.

Müəlliflərin fikrincə, dünya yeni bir qlobal qarşıdurma mərhələsinə daxil olur. Bu dəfə əsas cəbhə təkcə Ukrayna və ya Yaxın Şərqdə deyil, birbaşa ABŞ sahillərində də formalaşa bilər.

"Üçüncü dünya müharibəsi artıq kandardadır — o, bizə çox yaxınlaşır. Amma bu dəfə Amerika, görünür, üstünlüyə malikdir”, – deyə Tot və Svit qeyd edirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp Amerika Hərbi Dəniz Qüvvələrinin dənizdə uğurlu əməliyyat keçirdiyini bildirmişdi. Onun sözlərinə görə, "narkotik daşıyan böyük bir sualtı qayıq məhv edilib”.

Bu xəbərlərin fonunda "The Wall Street Journal” Venesuela sahilləri yaxınlığında ABŞ bombardmançı təyyarələrinin – B-1 tipli bombardmançıların – göründüyünü yazıb.

Eyni zamanda Tramp Venesuela ərazisində narkotrafiklə mübarizə məqsədilə ABŞ quru qoşunlarının əməliyyat keçirəcəyini elan edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->