Xəbər lenti

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə
Dünya 20:07 05.01.2023

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə

Bu il Həcc ziyarətinə getmək istəyən Səudiyyə Ərəbistanında yaşayan müsəlmanlar artıq Həcc ziyarəti üçün müraciət edə bilərlər.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, -Bunu ölkənin Həcc və Ümrə Nazirliyi yanvarın 5-də "Twitter” səhifəsində bildirib.

Qurum Səudiyyə Ərəbistanında zəvvarlar üçün 2023-cü il Həcc ziyarətinə müraciət mövsümünün açıldığını bəyan edib.

Nazirlikdən bildirilib ki, insanlar Həcc ziyarəti üçün nazirliyin saytı vasitəsilə müraciət edə bilərlər.

Həmçinin bildirilir ki, yerli zəvvarlar Həcc ziyarətinə icazə aldıqdan sonra onlayn püşkatma sistemi vasitəsilə təsadüfi seçiləcəklər.

Qeyd edək ki, bir qədər sonra Nazirliyin əcnəbi zəvvarların da müraciətlərinin qəbuluna başlayacağı gözlənilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->