Xeyriyyəçi Hacı Nuranın Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı məhkəməsi başlayır.
Qaynarinfo xəbər verir ki, bir müddət əvvəl Xidmət Hacı Nuranı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cərimələyib.
Hacı Nuran qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib.
Əldə etdiyimiz məlumata görə, avqustun 12-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Abbas Rzayevin sədrliyi ilə keçiriləcək.
Seyid
Şərhlər