Xəbər lenti

Gözlənilən İran və İsrail savaşı: Kim qalib gələcək? (ŞƏRH)
Dünya 16:05 14.10.2024

Gözlənilən İran və İsrail savaşı: Kim qalib gələcək? (ŞƏRH)

"Oktyabrın 1-də İranın İsrail ərazisini raket atəşinə tutması göstərdi ki, artıq Tehranın İsraili vuracaq qədər güc və imkanları var". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İranın İsraillə mümkün müharibəyə nə dərəcədə hazır olması barədə danışarkən deyib.

"Bu ciddi siqnaldır. İran XİN rəhbəri Abbas Əraqçini və digər İran rəsmilərini bu cür rahat danışmağa sövq edən də budur. İran açıq şəkildə elan edir ki, Fələstin və Livandakı müqavimət qruplarını dəstəkləməyə davam edəcək və İsraillə qarşıdurmaya hazırdır", deyə Kənan Rövşənoğlu bildirib.
 


Lakin ekspert qeyd edir ki, hərbi güc, texniki imkanlar və dəstək baxımından isə İran İsraildən geri qalır:

"Xüsusən də aviasiya və hava hücumundan müdafiə sistemləri sahəsində. Ancaq İranın böyük ərazisi və əhali üstünlüyü var. Üstəlik regionun bir neçə ölkəsində dəstəklədiyi güclü və hazırlıqlı hərbi qruplar mövcuddur. Bu da İrana İsrailə qarşı uzunmüddətli mühairbə aparmaq imkanı verir. İsrailin isə ərazisi kiçikdir və hazırda 3-4 cəbhədə vuruşur. ABŞ-ın hərbi yardımı olmasa uzun müddət davam gətirməsi mümkün deyil". 

Bu mənada həmsöhbətimizə görə, müharibənin uzanması İsrailin maraqlarına cavab vermir, İsrailə qısa müddətli, sürətli müharibə lazımdır:

"Bu isə hələ ki, mümkün olmur. Regiondakı hərbi-siyasi şərait buna uyğun deyil. Belədə hazırda İsrailin apardığı genişlənən mühairbə taktikası regionu fəlakətə sürükləyir və onun təcili dayandırılması lazımdır. Əks təqdirdə regionda hər kəs üçün fəlakət qaçılmaz olacaq". 

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın İsraillə mümkün müharibəyə hazır olduğunun mesajını verib: "Bu, İranın qəti mövqeyidir: Biz müharibə vəziyyətinə tamamilə hazırıq. Bununla belə, biz müharibə istəmirik, sülh axtarırıq. Biz Qəzza və Livanda ədalətli sülh üçün çalışacağıq".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->