Xəbər lenti

Ginnesin Rekordlar Kitabına düşdü - Heç vaxt bərbərə getməyib (VİDEO)
Dünya 21:52 22.07.2024

Ginnesin Rekordlar Kitabına düşdü - Heç vaxt bərbərə getməyib (VİDEO)

Cənubi Dakotadan (ABŞ) gənc Ruben Luks Tvays kişi yeniyetmələr arasında dünyanın ən uzun saçlı gənci kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

17 yaşlı yerli amerikalının saç uzunluğu 161 santimetr olub. O, Hindistanın azyaşlı sakininə məxsus əvvəlki rekordu (146 sm) yeniləyib.

BGəncin valideynləri deyib ki, onların oğlu uşaqlıqdan saç kəsməkdən qorxurmuş. Uşağa incitməmək üçün onun saçını uzatmağa başlayıblar. Nəticədə, iki yaşından bəri oğlan heç vaxt bərbərə getməyib.

Ruben və ailəsi Lakota hind xalqına mənsubdur, onun üzvlərinin uzun saçları ruhlarının bir hissəsini simvollaşdırır.

Gəncin sözlərinə görə, o, hər gün saç baxımına təxminən 1,5 saat vaxt sərf edir: 20 dəqiqəsini şampun yumağa, bir saatını fenlə qurutmağa, 10 dəqiqəsini isə daraq və hörməyə sərf edir.

Gənc saç düzümündən razıdır və yaxın vaxtlarda bərbərə getmək fikri yoxdur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->