Xəbər lenti

FHN əməkdaşının güllələnmiş meyiti tapıldı (FOTO)
Ölkə 11:31 20.08.2024

FHN əməkdaşının güllələnmiş meyiti tapıldı (FOTO)

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.

"Qafqazinfo” xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Əldə etdiyimiz məlumata görə, Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->