Xəbər lenti

ƏSF-nin mənfəəti azaldı, zərəri artdı, dövlətə borcu 1,4 mln. manatı ötdü
Ekonomiks 11:50 12.11.2025

ƏSF-nin mənfəəti azaldı, zərəri artdı, dövlətə borcu 1,4 mln. manatı ötdü

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) vergi borcunun həcmi bu ilin əvvəli ilə müqayisədə 100 min manatdan çox artıb.

Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hazırda Fondun yığılmış vergi borcununun miqdarı 1 milyon 423,5 min manat təşkil edir. 

Cari ilin əvvəlində fondun dövlət qarşısında borcunun miqdarı 1 milyon 312,2 min manat, ötən ilin müvafiq dövründə isə 1 milyon 235,5 min manat olub. ƏSF-in vergi borcu 2023-cü ilin may ayında 1 milyon 140,4 min manat, dekabrın ayının 14-də isə 1 milyon 192,8 min manat təşkil edib. Müşahidə edilən odur ki, Fondun dövlətə borcu ildən ilə artmaqda davam edir.

Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən isə vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Məlumat üçün onu da bildirək ki, 2025-ci ilin yekunlaşmasına cəmi bir ay qalmasına baxmayaraq, ƏSF 2024-cü ilin hesabatını hələki açıqlamayıb. ƏSF 2021 və 2022-ci illər üzrə hesabata əsasən, müvafiq olaraq 104,5 və 107,1 milyon manat xalis mənfəət əldə edib. Amma 2023-cü ildə Fondun mənfəəti 70 milyon manata düşüb. Başqa sözlə, həmin il Fondun yığılmış zərəri əvvəlki illə müqayisədə 10,5% artaraq 738 milyon manatı ötüb.

Xatırladaq ki, ƏSF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir. ƏSF-nin icarçı direktoru Tural Piriyevdir və o, 2020-ci ildən bu vəzifədə çalışır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->