Xəbər lenti

Ərdoğan və Putin nə barədə danışıblar? (ŞƏRH)
Dünya 16:16 19.07.2025

Ərdoğan və Putin nə barədə danışıblar? (ŞƏRH)

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığını şərtləndirən əsas amil Suriyada növbəti dəfə yaranan gərginliklə bağlıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasındakı telefon danışığını şərh edərkən deyib:

"İkitərəfli münasibətlər, Ukrayna məsələsinin də müzakirə edildiyi söylənilsə də hesab edirəm ki, Ərdoğan daha çox Suriyada yaranmış gərginlik fonunda Putinlə əlaqə saxlayıb. Təbii ki, hazırda Moskvanın Suriyadakı proseslərə əvvəlki tək güclü təsir etmək imkanları yoxdur. İndi bölgəyə təsir edən əsas qüvvə Türkiyədir. Amma uzun müddət Suriyada mövcudluğunu qoruyub saxlayan Rusiyanın ola bilsin ki, indi də ayrı-ayrı etnik qüvvələrə təsir etmək imkanları qalır. Ona görə Ərdoğan da bu imkandan istifadə etmək üçün Putinlə əlaqə saxlayıb”. 

Həmsöhbətimiz ehtimal edir ki, telefon danışığında Bakı ilə Moskva arasındakı münasibətlər də müzakirə predmeti ola bilər:

"Bakı ilə Moskva arasındakı münasibətlərdə yaşanan gərginlik Cənubi Qafqazda yaranmış duruma təsirsiz ötüşməyə bilər. Ona görə Ərdoğanın Putinlə danışığında bu məsələnin müzakirə edildiyini də ehtimal edirəm”. 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Suriya təhlükəsizlik qüvvələrinin Suveydadan çıxarılmasının ardınca baş verən qarşıdurmaların bütün bölgə üçün təhlükə yaratdığını bildirib. O həmçinin Rusiya ilə Ukrayna arasında üçüncü raund danışıqların başlamasının vacib olduğunu və tərəflər üçün uyğun tarixlər müəyyən edildikdə Türkiyənin İstanbulda danışıqlara ev sahibliyi etməyə davam edəcəyini vurğulayıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->